Bakıda 40 yaşlı kişi bıçaqlanıb, oğlu tutulub.
"Report"un məlumatına görə, hadisə dekabrın 15-də paytaxtın Binəqədi rayonu ərazisində qeydə alınıb.
Belə ki, 2005-ci il təvəllüdlü E.Ağayev ailə münaqişəsi zamanı yaşadıqları evdə atası, 1982-ci il təvəllüdlü Ağayev Qiyamət Muğan oğlunun ürək nahiyəsinə daxilə nüfuz edən bir bıçaq zərbəsi yetirib.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb, ibtidai istintaq aparılır.
E.Ağayev şübhəli şəxs qismində tutulub.