Dekabrın 18-də gecə saat 23 radələrində Bakının Xətai rayonu ərazisində 3 nəfərin bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.
Senzor.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
İlkin araşdırmalarla 2005-ci il təvəllüdlü Fərid Əhmədlinin rayonun NZS qəsəbəsi ərazisində aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı həmyaşıdı Orxan Hüseynova bıçaqla xəsarət yetirməsinə, onu dayandırmağa çalışan Xalid Nəbiyev və Nemət Həsənova xəsarətlər yetirməsinə əsaslı şübhəli müəyyən edilib.
Göstərilən tibbi müdaxilələrə baxmayaraq, Nemət Həsənov xəstəxanada ölüb.
Fərid Əhmədli şübhəli şəxs qismində tutulub.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq davam edir.