FHN-də xınayaxdı mərasimi... - NAZİRDƏN REAKSİYA
VİDEO

Fövqəladə Hallar Nazirliyinin inzibati binasında xınayaxdı mərasimi keçirilib.

 

Senzor.az bildirir ki, sosial şəbəkələrdə bunu əks etdirən görüntülər də yayılıb.

 

Görüntülərdə nazirliyin xanım əməkdaşları şad gününü qeyd edən həmkarlarından birinin başına toplaşaraq şam yandırıb, xınayaxdı mərasiminə aid mahnı oxuyublar.

 

Sosial şəbəkələrdə müzakirələrə səbəb olan videoya fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov da münasibət bildirib.

 

Nazir “unikal.az”a açıqlamasında görüntüləri normal qarşıladığını deyib: “Bu, şəhid ailəsinin qızının məclisdir. Burada nə var ki? Məgər burada içki, söyüş var? Hansı kollektivdə ad günü keçirmirlər? Burada nə problem var axı? Tərbiyəsiz hal var ki?

 

Ölkədə hər yerdə ad günü, nişan, xına mərasimləri keçirilir. Gəlib öz kiçik kollektivləri ilə qeyd edirlər də. Pandemiya olduğu üçün hamını dəvət etməyə imkan yoxdur. Burada artıq heç bir şey yoxdur. Buna kimsə ayrı don geyindirmək istəyirsə, cavabını alacaq”.

 

Haqqında söhbət gedən videonu təqdim edirik:















Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.