Naxçıvana külli miqdarda narkotik keçirilməsinin qarşısı alınıb.
Senzor.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin yaydığı məlumatda bildirilib. Xəbərə görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində “Şahtaxtı” dövlət sərhədindən buraxılış məntəqəsində, İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində rəsmi qaydada keçən İran İslam Respublikası vətəndaşı 1966-cı il təvəllüdlü Azizmohammad Mahmoud Najiollah oğlunun idarə etdiyi “DAF” markalı XB389BX dövlət qeydiyyat nişanlı yük avtomobilinə gömrük əməkdaşları ilə birlikdə keçirilmiş baxış zamanı avtomobilin qoşqusunun arxa qapısının arakəsmə hissəsində gizlədilmiş halda 37,4 kiloqram marixuanaya bənzər narkotik vasitə aşkar edilib.
Fakt üzrə Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsi tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir.