Finlandiyanın Rautjarvi qəsəbəsində taxta kilsə yanğın nəticəsində tamamilə məhv olub.
Bu barədə Yle teleradio şirkəti məlumat yayıb.
Xilasetmə xidmətlərinə yerli vaxtla səhər saat doqquzun yarısında yanğın barədə məlumat daxil olub.
Həmin zaman kilsədə Milad mərasimində 30-a yaxın adam olub. Kahinin sözlərinə görə, bütün vətəndaşlar təhlükəsiz şəkildə çölə çıxarılıb.
Ruokolahti kilsəsinin keşişi Liena Haakana kilsənin yandırılması ilə onu məhv etmək niyyətinin ola biləcəyini söyləyib.
Xatırladaq ki, 2019-cu ildə Finlandiyada bir kişi 18-ci əsrə aid kilsəni yandırdığına görə təxminən 3 il müddətinə azadlıqdan məhrum edilib.(APA)