Dekabrın 25-də saat 19 radələrində Astara rayonunun Pensər kəndi ərazisində rayon sakini V.İbadova idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolun kənarı ilə gedən rayon sakini A.Quliyevanı vurub.
Senzor.az bildirir ki, bu barədə DİN-dən məlumat verilib.
Məlumata görə, nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.
Astara Rayon Polis Şöbəsində araşdırma aparılır.