1 noyabr 2019-cu ildən etibarən ümumilikdə 355 uşaq övladlığa verilib.
Senzor.az xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin İdarə heyətinin sədri Vüqar Behbudov 2022-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, onlardan 207 nəfəri bu il övladlığa verilən uşaqlardır.
"Paralel olaraq himayədar ailə institunun formalaşdırılması istiqamətində də işlər aparılır".