"Növbəti ildən xəstəlik üçün alınan bülletenlər elektronlaşdırılacaq".
Bu barədə Nazirliyin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin (DOST RİM) direktoru Kənan Əkpərov deyib. O bildirib ki, bununla bağlı Səhiyyə Nazirliyi ilə bu istiqamətdə iş aparılır:
"Bununla bağlı qanunvericiliyə müvafiq dəyişiklər də olacaq. Sistem elektronlaşandan sonra işçilərin hər hansı xəstəlik və ya hamiləliyə görə alacaqları kağız sənədlər artıq elektron platformadan yönləndiriləcək".