Səbail rayonunda intihara cəhd olub.
APA xəbər verir ki, hadisə Bakı Dəniz Vağzalının ərazisində qeydə alınıb.
Belə ki, 2000-ci il təvəllüdlü Nəzərov Tural Şahin oğlu intihar etmək üçün özünü dənizə atıb.
Lakin o, ətrafdakıların və sahilyanı ərazidə xidmət aparan xilasetmə xidmətinin əməkdaşları tərəfindən sudan çıxarılıb.
O, ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.