
Azərbaycanda daha bir həkim koronavirusdan vəfat edib.
Senzor.az bildirir ki, bu barədə Azərbaycan Tibb Universiteti (ATU) Mətbuat xidmətinin rəhbəri Günel Aslanova məlumat yayıb.
Bildirilib ki, ATU-nun yoluxucu xəstəliklər kafedrasının dosenti, infeksionist İlham Bayramov dünyasını dəyişib.
O, uzun müddətdir koronavirusdan müalicə olunsa da, terminal koma durumuna düşərək vəfat edib.
