Bakıdakı Müqəddəs Məryəm kilsəsində Roma Papası XVI Benediktin xatirəsi ehtiramla yad ediləcək.
Senzor.az xəbər verir ki, anım messası bu axşam keçiriləcək.
Xatırladaq ki, XVI Benedikt dekabrın 31-də 95 yaşında vəfat edib. O, səhhətinə görə “təqaüdə çıxan” ilk Papa olub və ömrünün son 10 ilini monastırda yaşayıb.