Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun evini ziyarət edib, anası Səmayə Həşimova ilə görüşüb.
Senzor.az bildirir ki, bu barədə səfir özünün “Tvitter” hesabında paylaşım edib.
“Şəhid general Polad Həşimovun anası Səmayə xanımı ziyarət etdik, əlini öpdük. Türk bayrağını hədiyyə etdik və xeyir-duasını aldıq. Səmayə xanım dedi ki, Allah türk millətini qorusun. Cənab Ərdoğana və türk millətinə salamlarını çatdırmağımı xahiş etdi. Baş üstə cavabını verdim”, - diplomat bildirib.