Su Polisi Qızılağacda əməliyyat keçirdi – ELEKTRİK CƏRƏYANI İLƏ BALIQ OVLAYAN ŞƏXS SAXLANILDI

Qızılağac Milli Parkının ərazisində elektrik cərəyanı ilə ov edən şəxs saxlanılıb.

 

Senzor.az Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Lənkəran regional qrupuna istinadən bildirir ki, Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən Qızılağac Milli Parkının əməkdaşları ilə birgə qeyri-qanuni ovçuluq və balıqçılıqla məşğul olan şəxslərin aşkarlanması istiqamətində növbəti tədbir təşkil olunub.

 

Milli Parkın ərazisindəki kiçik körfəz su sahəsində elektrik avadanlıqları ilə qanunsuz balıq ovlayan Lənkəran rayon sakini R.Mustafayev saxlanılıb.

 

Həmin şəxsdən ov zamanı istifadə etdiyi qayıq, elektrik avadanlıqları və digər ov alətləri, həmçinin qanunsuz olaraq ovladığı balıqlar aşkar olunaraq götürülüb. R.Mustafayevin təbiətə 1 089 manat dəyərində maddi ziyan vurduğu müəyyən edilib.

 

Faktla bağlı araşdırma aparılır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.