Cəbhəçi fəallar Bakıda aksiya keçirməyə cəhd etdilər – POLİSDƏN REAKSİYA

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) bir qrup fəalı bu gün Penitensiar Xidmətin İxtisaslaşdırılmış müalicə müəssisəsi qarşısında etiraz aksiyası keçirməyə cəhd edib.

 
“Turan”ın məlumatına görə, aksiya iştirakçıları AXCP üzvü Niyaməddin Əhmədovun və həbs edilmiş digər fəal Zamin Salayevin şəkillərini qaldıraraq “Siyasi məhbuslara azadlıq!” şuarı səsləndiriblər.
 
Onlar yerli mətbuatı və hüquq müdafiəçilərini həbsdə olan AXCP üzvlərinin taleyinə biganə qalmamağa çağırıblar.
 
Aksiya iştirakçıları Niyaməddin Əhmədovun 13 gündür bu penitensiar müəssisədə aclıq etməsi ilə əlaqədar toplaşdıqlarını qeyd ediblər.
 
Polis əməkdaşları, koronavirus pandemiyası səbəbindən beş nəfərdən çox adamın bir yerə toplaşmasının yolverilməz olduğunu əsas gətirərək, etirazçıların dağılmalarını tələb ediblər.
 
Daxili İşlər Nazirliyi İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev sayta açıqlamasında bildirib ki, polis etirazçıların ərazidən uzaqlaşdırılmasını təmin edib. Saxlanılan yoxdur.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.