Yaşadıqları evlərdə “Kalaşnikov” avtomatı və narkotik gizlədən şəxslər tutuldu - AĞSUDA ƏMƏLİYYAT
FOTO

Ağsu Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən qanunsuz odlu silah-sursat saxlayan və narkotik vasitələrin satışı ilə məşğul olan şəxslərə qarşı silsilə əməliyyatlar keçirilib.

 

Senzor.az DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupuna istinadən bildirir ki, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən ilk tədbir zamanı əvvəllər dəfələrlə məhkum olunmuş şəhər sakini İlqar Mirzəyev saxlanılıb. Onun üzərinə və yaşadığı ünvana baxış keçirilərkən “Kalaşnikov” avtomatı, həmin silaha məxsus iki ədəd daraq, eləcə də 58 patron aşkar edilərək götürülüb. İlqar Mirzəyev ifadəsində avtomatı bir müddət əvvəl tapdığını və polis orqanlarına təhvil verməyərək özündə saxladığını bildirib.

 

RPŞ əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində keçirilən əməliyyat nəticəsində isə keçmiş məhkum Elçin Abbasov saxlanılıb. Şəxsi axtarış zamanı ondan marixuana aşkarlanıb. Davam etdirilən tədbirlərlə Elçin Abbasovun Ağsu şəhəri ərazisində yerləşən evinə də baxış keçirilib. Oradan məişət əşyalarının içərisində gizlətdiyi 3 kiloqram 300 qrama yaxın qurudulmuş marixuana və 43 qram tiryək aşkar edilib.

 

Müvafiq icazələri olmayan şəxslər tərəfindən mülki silahın saxlanılması, daşınması və satılması hallarının qarşısının alınması məqsədilə polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət-yoxlama tədbirləri zamanı isə rayon sakinləri-Əli Heybətov və Ələddin Ağayevdən qanunsuz olaraq saxladıqları iki ov tüfəngi, eləcə də patronlar götürülüb.

 

Faktlarla bağlı araşdırmalar aparılır, saxlanılan şəxslərin digər hüquqazidd əməllərdə iştiraklarının olub-olmaması araşdırılır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.