Naməlum silahlılar Kabildə Əfqanıstan parlamentinin keçmiş deputatını güllələyiblər.
Bu barədə “Hasht-e Subh” qəzeti məlumat yayıb.
Mürsəl Nəbizadə gecə saatlarında Kabilin şərqindəki evində öldürülüb. Silahlı hücum zamanı Nəbizadənin qardaşı da yaralanıb.
Kabil polis idarəsinin katibi Xalid Zadran qətllə bağlı məlumatı təsdiqləyib. O, "Taliban" təhlükəsizlik qüvvələrinin araşdırmaya başladığını bildirib.
Hələlik heç bir qruplaşma hadisəyə görə məsuliyyəti üzərinə götürməyib.("Report")