Şotlandiyada müəllimlər 16 günlük tətilə başladılar

Şotlandiyanın bütün dörd müəllim və direktor həmkarlar ittifaqının üzvləri Böyük Britaniyada rekord inflyasiya fonunda maaşların 10% artırılması tələbi ilə bazar ertəsi günü 16 günlük tətilə başlayıblar.


Sky News xəbər verir ki, tezliklə İngiltərə və Uelsdəki müəllimlər də etirazlara qoşula bilər.


Tətil fevralın əvvəlinə qədər davam edəcək - ölkənin müxtəlif yerlərindən gələn müəllimlər hər gün tətil edəcəklər, buna görə də əksər Şotlandiya məktəbliləri cəmi bir gün dərssiz qalacaqlar.


Eyni zamanda, yanvarın 10-da Şotlandiyada tətillər səbəbindən demək olar ki, bütün ibtidai məktəblər bir günlük, yanvarın 11-də isə bütün orta məktəblər bağlanmağa məcbur olub.


İrəli sürülən tələblərin yerinə yetirilmədiyi təqdirdə müəllimlər fevral, mart və aprel aylarına düşəcək daha 22 günlük tətil elan etməyə hazır olacaqlar. Həmkarlar ittifaqları təhdid edir ki, belə olan halda nə vaxtsa rayonun hər yerində məktəblərin işi 3 gün dalbadal iflic vəziyyətinə düşəcək.


Hazırda regional hökumət və şəhər şuralarının nümayəndələri şotlandiyalı müəllimlərin maaşının 5% artırılmasını təklif edirlər. Həmkarlar ittifaqı nümayəndələri illik inflyasiyanın son 40 ildə rekord həddə - 11%-ə yaxınlaşdığı bir vaxtda təklif olunan şərtlərlə razılaşmır, onları qəbuledilməz və ədalətsiz adlandırırlar.(AzVision.az)






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.