Xaçmazda narkokuryerlik edən dəstə üzvləri saxlanıldı - FOTO

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

 

Senzor.az DİN-in Mətbuat Xidmətinin Quba regional qrupuna istinadən bildirir ki, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələri əldə etmək, saxlamaq, daşımaq və satmaqda şübhəli bilinən rayon sakinləri Serqey Yudin və Elmar Siracov saxlanılıblar.

 

Həmin şəxslərin üzərinə və avtomobilinə baxış keçirilən zaman 6 kiloqrama yaxın narkotik vasitə olan marixuana, 1,5 kiloqram heroin və 98 qram psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb.

 

Keçirilən digər əməliyyat-axtarış tədbirləri zamanı isə Etibar Talıbov və Natiq Mütəllimov saxlanılıblar. Həmin şəxslərin üzərinə və yaşadıqları evə baxış keçirilən zaman yarım kiloqramdan çox marixuana, heroin və 9 ədəd çətənə (kannabis) bitkisi aşkar olunaraq götürülüb.

 

Faktlarla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə üç şəxs barəsində həbs qətimkan tədbiri, Natiq Mütəllimov barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.