Əməkdar artist Tünzalə Əliyeva dünyasını dəyişdi

Azərbaycanın Əməkdar artisti Tünzalə Əliyeva vəfat edib

 

Senzor.az bildirir ki, bu barədə teatrşünas Anar Bürcəliyev sosial şəbəkədəki hesabında məlumat verib.

 

“Azərbaycan Respublikasının Əməkdar artisti, hər kəsin “Toppuş bacı” kimi tanıdığı Tünzalə xanım Əliyeva uzun sürən ağır xəstəlikdən sonra ömrünün 49-cu ilində vəfat edib. Allah rəhmət etsin, ruhu şad, məkanı cənnət olsun. Amin”, - A. Bürcəliyev qeyd edib.

 

Qeyd edək ki, Tünzalə Əliyeva 1973-cü ilin 15 fevralında Gəncə şəhərində anadan olub.

 

1990-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram və kino aktyorluğu" fakültəsinə qəbul olub. Ali məktəbi başa vurandan sonra bir müddət özəl teatrlarda çalışıb. Gəncə Televiziyasında, sonra Kukla Teatrında, daha sonra isə Gəncə Dövlət Dram Teatrında fəaliyyət göstərib.

 

Aktrisa bir müddət Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında da işləyib.

 

Gəncə-Kəpəz Müstəqil Şirkət telekanalında işlədiyi müddətdə "İzinlə", "Vətənim" və "Gülüş qatarı" verilişlərinin aparıcısı olub.

 

Aktrisa daha çox verilişlərin birində canlandırdığı "Toppuş bacı" obrazı ilə tanınıb.

 

Tünzalə Əliyeva uzun müddət idi ki, onkoloji xəstəlikdən əziyyət çəkirdi.

 

Allah rəhmət eləsin!






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.