Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmiya şəhərində həbslər olub.
“Azad İran” “Telegram” kanalı bu barədə Məhbusların Vəziyyətinin Monitorinqi Komitəsinin məlumatına istinadla xəbər yayıb. Məlumata görə, 8-i qadın olmaqla 25 nəfər casusluq və sosial mediada gəncləri etiraza təhrik etmək ittihamı ilə saxlanılıb.
Bildirilir ki, “Urmiya Məhəllələrinin Gəncləri” adlı qrup üzvlərinin 16-na qarşı cinayət işi başladılıb və onlara bir-birilərinə qarşı etiraf almaq üçün işgəncə verilib. İnsan haqları təşkilatları Tehran rejiminin rəsmi iddialarının əsassız olduğunu bildirib.
Qeyd olunub ki, biri 15 yaşlı yeniyetmə qız olmaq şərti ilə həbs edilənlərin hamısı məktəblidir.