Rusiyanın Yekaterinburq şəhərindəki erməni icmasının başçısı Masis Nazaryana qaşrı cinayət işi başlanıb.
Bu barədə Rusiyanın teleqram kanalları məlumat yayıb.
Bildirilib ki, bir neçə gün əvvəl Yekaterinburq şəhərinin erməni diasporunun nümayəndələri “Müqəddəs Karapet” kilsəsində Qarabağ ermənilərinə dəstək videosu çəkib yayıblar. Rusiya polisi Masis Nazaryanı hakimiyyət orqanlarını xəbərdar etmədən kütləvi tədbir keçirməkdə təqsirli bilib.
TASS isə Masis Nazaryana artıq 5 sutka həbs verildiyi barədə məlumat yayıb. Agentliyin məlumatına görə, məhkəminin qərarı ilə o, icazəsi yürüş və piket keçirilməsinə görə həbs olunub.
Qeyd edək ki, Masis Nazaryan 2003-cü ildən “Ani-Armeniya” erməni icması ictimai birliyinin sədridir. Qanunazidd hərəkətlərlə əlaqədar erməni diasporunun digər üzvü Elen Kirakosyana qarşı da inzibati iş açılıb. Lakin işin detalları hələlik ictimaiyyətə açıqlanmayıb.