Dövlət Proqramı çərçivəsində xarici universitetlərin siyahısı təsdiqlənib

Elm və Təhsil Nazirliyi tərəfindən "2022-2026-cı illərdə gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramı" çərçivəsində 2023-2024-cü tədris ili ilə əlaqədar prioritet ixtisas sahələrinə uyğun bakalavriat və magistratura təhsil proqramlarının nüfuzlu xarici ali təhsil müəssisələri üzrə ilkin siyahısı müəyyən edilib.


Siyahı ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı”nın müvafiq bəndinə uyğun olaraq razılaşdırılıb.


Dövlət Proqramı çərçivəsində xarici ali təhsil müəssisələrində təhsil yerlərinin ən azı 80 faizinin ali təhsilin magistratura səviyyəsini əhatə edəcəyi də nəzərə alınaraq, müvafiq siyahı 15 prioritet ixtisas sahəsi (informasiya texnologiyaları, mühəndislik, statistika və verilənlərin təhlili, fundamental və tətbiqi elmlər, ictimai səhiyyə, təhsil, ətraf mühit, aviasiya və kosmos, dövlət idarəetməsi, nəqliyyat və logistika, energetika, iqtisadiyyat, maliyyə, arxitektura və dizayn, kənd təsərrüfatı) üzrə dünyanın 28 ölkəsinin 186 nüfuzlu ali təhsil müəssisələrində tədris olunan 575 bakalavriat və 3 551 magistratura olmaqla, ümumilikdə 4 126 təhsil proqramını əhatə edir.


Müvafiq siyahıda bakalavriat təhsil səviyyəsi üzrə yer alan ümumilikdə 575 proqramın 33 faizini fundamental və tətbiqi elmlər, 22 faizini mühəndislik, 20 faizini isə informasiya texnologiyaları təşkil edir. Magistratura təhsil səviyyəsi üzrə isə 3 551 proqram arasında fundamental və tətbiqi elmlər (24%), mühəndislik (19%), informasiya texnologiyaları (12%) və statistika və verilənlərin təhlili (10%) üstünlük təşkil edir.


Qeyd edək ki, sözügedən siyahıda bakalavriat təhsil səviyyəsi üzrə informasiya texnologiyaları, mühəndislik, fundamental və tətbiqi elmlər, energetika, aviasiya və kosmos, arxitektura və dizayn, iqtisadiyyat və kənd təsərrüfatı ixtisas sahələri üzrə proqramlar yer alır.


Magistratura təhsil səviyyəsində isə Dövlət Proqramının bütün prioritet ixtisas sahələrinə aid proqramlar üzrə təhsil almaq mümkündür.


Müvafiq siyahı ilə  keçiddən  tanış olmaq mümkündür.


Siyahıda əks olunan xarici ali təhsil müəssisələrinin bakalavriat və magistratura proqramları üzrə qəbul sənədlərini əldə etmiş şəxslər Dövlət Proqramı çərçivəsində xaricdə təhsil üçün keçiriləcək növbəti müsabiqədə iştirak etmək hüququ əldə edə biləcəklər.


Müsabiqə barədə ictimaiyyətə məlumat veriləcək.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.