Cəlilabadda 29 yaşlı qadın intihar edib.
“Report”un məlumatına görə, hadisə rayonun Təzəkənd kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1994-cü il təvəllüdlü S.Niftiyeva ata evində tövlədə özünü asıb.
Məlumata görə, qadın bir müddət əvvəl həyat yoldaşı ilə mübahisə edərək, atası evinə gəlibmiş. Onun iki övladı var.
Faktla bağlı araşdırma aparılır.