Türkiyədən quru sərhəd vasitəsilə Naxçıvana Muxtar Respublikasına giriş bütün Azərbaycan vətəndaşları üçün açıqdır, eyni marşrutla Türkiyəyə getmək isə yalnız Naxçıvana MR qeydiyyatnda olan şəxslər üçün mümkündür.
Bu barədə Senzor.az-a Azərbaycan Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Məlum olduğu kimi, Azərbaycanda koronavirus pandemiyası ilə əlaqədar karantin elan edildikdən sonra ölkənin quru sərhədləri bağlanıb. Bununla belə, yalnız Naxçıvandan İran və Türkiyəyə gediş-gəlişə icazə verilib. 2022-ci ilin iyul ayında bütün ölkə vətəndaşları üçün sərhəd keçidlərində Naxçıvan MR-ə giriş və çıxışa məhdudiyyətlər tətbiq edilib. Yalnız yük daşımaları, eləcə də İran ərazisindən keçməklə Naxçıvana MR-ə hərəkət edən müntəzəm avtobuslar üçün keçidə icazə verilib.