Türkiyədə beynəlxalq narkotik ticarəti ilə məşğul olan iki iranlı qadın saxlanılıb.
Hadisə İstanbul hava limanında qeydə alınıb.
Türkiyə mediasının məlumatına görə, qadınlardan birinin - Samirə Nəcəfinin mərhum həyat yoldaşı İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvü olub və Suriyada öldürülüb. O, narkotik vasitələri Kərəcdəki təhlükəsizlik evində Reza Montazeri adlı mühafizəçidən aldığını etiraf edib.
Qadının üzərində 7 kq-a yaxın qadağan olunmuş maddə tapılıb.
Hər iki qadının əvvəllər qanunla heç vaxt problemləri olmadığı bildirilib.
Belə görünür ki, SEPAH artıq öz çirkin əməlləri üçün hətta vaxtilə ona xidmət etmiş şəxslərin dul qadınlarından istifadə etməkdən də çəkinmir.
Hadisə ilə bağlı sosial şəbəkələrdə yayılmış görüntüləri təqdim edirik: