Paytaxtda yeniyetmə qız itkin düşüb.
“Report” xəbər verir ki, hadisə fevralın 2-də Sabunçu rayonu ərazisində qeydə alınıb.
Belə ki, paytaxt sakini, 2008-ci il təvəllüdlü İskəndərova Sevanə Samir qızı evdən çıxıb və bir daha geri qayıtmayıb.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.