Cəlilabadda 31 yaşlı qadın qətlə yetirilib, onu öldürməkdə şübhəli bilinən əri isə intihara cəhd edib.
Senzor.az bildirir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, fevralın 6-da saat 07 radələrində Cəlilabad rayonu, Muğan kəndində 1992-ci il təvəllüdlü Günel Abbasovanın bıçaqla qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Qadının, cinayət əməlini törətməkdə şübhəli bilinən həyat yoldaşı, 1987-ci il təvəllüdlü Elxan Əmanov hadisədən sonra sirkə turşusu içib. O xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.
Fakt üzrə araşdırma aparılır.