Türkiyə Banklar Birliyi zəlzələ bölgəsində zərərçəkmiş vətəndaşların bank borclarının ertələnməsi ilə bağlı qərar verib.
Bu barədə Türkiyə Banklar Birliyi xəbər verir. Məlumata görə, Birliyin fevralın 6-da keçirilən iclasında Bank Tənzimləmə və Nəzarəti Agentliyi ilə razılaşdırılaraq banklar tərəfindən həyata keçirilən tədbirlər və görülən işlər qiymətləndirilib.
Zəlzələnin region iqtisadiyyatına mənfi təsirlərinə məruz qalmış və ödəmə qabiliyyətinə mənfi təsir göstərən bank müştəriləri öz xahişləri əsasında banka və ya 6 ay müddətində ödəniləcək kreditlərin ödəmə müddətini bu gündən 6 aya qədər təxirə salınması qərara alınıb.
Bundan əlavə, zəlzələdən zərər çəkmiş Adana, Adıyaman, Diyarbakır, Qaziantep, Hatay, Kahramanmaraş, Kilis, Malatya, Osmaniye və Şanlıurfa vilayətlərində ortaq bankomatlardan ediləcək əməliyyatlar üçün tutulan komissiya haqqı ləğv edilib.
"Bank sektoru zəlzələdən zərər çəkmiş əraziləri yaxından təqib etməyə və lazımi dəstəyi təmin etmək üçün dövlət orqanları ilə əməkdaşlıq etməyə davam edir"- TBB-nin açıqlamasında bildirilib.(APA)