Türkiyədə daha iki voleybolçu zəlzələ nəticəsində həlak olub.
Senzor.az xəbər verir ki, bu barədə Türkiyə Voleybol Federasiyası məlumat yayıb.
Qurum qadınlardan ibarət “Adıyaman Gənclərbirliyi” komandasında çıxış edən Qamze Naz Cücük və Emine Arslanın vəfat etdiyini bildirib.
Qeyd edək ki, daha əvvəl voleybolçulardan Mehmet Can Ağırbaş, Emincan Kocabaş, Murat Çiloğullar, həmçinin, Betül Çoban Çakır və Bedrettin Çakır da zəlzələdə ölüblər.