Hacıqabul polisi qanunsuz ov edən 5 nəfəri saxladı

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ovun və mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı rayonun Meyniman kəndi ərazisində müvafiq icazə olmadan qanunsuz ov edən 5 nəfər saxlanılıb.

 

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Senzor.az -a verilən məlumata görə, araşdırmalarla onların Abşeron rayon sakinləri O.Nağıyev və T.Nağıyev, Bakı şəhər sakinləri O.Mirzəyev və A.Əsədov, Tovuz rayon sakini İ.Nağıyev olduqları müəyyən edilib.

 

Şöbə əməkdaşları tərəfindən həmin şəxslərdən 2 ədəd ov silahı, 23 ədəd patron və qanunsuz olaraq ovlanmış 3 ədəd çöl ördəyi aşkarlanaraq götürülüb. Faktla bağlı Hacıqabul RPŞ-nin Təhqiqat Bölməsində araşdırmalar aparılır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.