Türkiyədən gətirilən uşaqlar müalicədən sonra ailələri ilə birlikdə sığınacağa aparılacaqlar
YENİLƏNİB, FOTO

Bu gün zəlzələdən zərər çəkən 10 uşaq Azərbaycana gətirilib, Elmi-Tədqiqat Pediatriya İnsitutuna yerləşdirilib.


Bunu Səhiyyə Nazirliyinin Səhiyyənin Təşkili Şöbəsinin sektor müdiri Aynurə Zeynalova deyib. Onun sözlərinə görə, həmin uşaqlardan 6-sı oğlan, 4-ü qızdır:


“Uşaqlardan ən kiçiyi 8 günlükdür, fevralın 2-də dünyaya gəlib. Ən böyük uşağın 14 yaşı var. Uşaqlar ailələri ilə birlikdə gətirilən kimi palatalara yerləşdirilib və müayinələrə başlanılıb. Eyni zamanda psixoloq və psixiatr da dəvət olunaraq ailələrlə söhbətlər aparıb, müvafiq tövsiyələr verib”.


Qeyd edilib ki, uşaqların müalicəsi bitdikdən sonra ailələri ilə birlikdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq sığınacağına gedəcəklər.

**10:44

Türkiyədə zəlzələ zamanı xəsarət alan 10 uşaq fevralın 10-da müalicə üçün Azərbaycana gətirilib.

 

“Report” xəbər verir ki, həmin uşaqlar Bakıda K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutuna (OMD) yerləşdiriliblər.

 

Hazırda xəstəxanada müalicələri davam edir. Müalicə müddəti bitdikdən sonra uşaqlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Sosial Xidmətlər Agentliyinin Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsələrinə yerləşdiriləcəklər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.