Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Abşeron rayonunun Saray qəsəbəsindəki 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində olub.
Senzor.az bildirir ki, bu barədə o özünün “İnstaqram” hesabında paylaşım edib.
Leyla Əliyeva müəssisənin işçi heyəti və sağlamlıq imkanları məhdud uşaqlarla görüşüb, onlara göstərilən qayğı və yaşayış şəraiti ilə tanış olub.