Türkiyədə baş vermiş zəlzələlərdən sonra qeydə alınan afterşokların sayı açıqlanıb.
Bu barədə AFAD nümayəndəsi Orxan Tatar məlumat verib.
Onun sözlərinə görə, zəlzələlərdən sonra 3858 afterşok qeydə alınıb.
O qeyd edib ki, iki dəqiqəyə qədər davam edən güclü zəlzələlər zamanı yer qabığında 7 m 30 sm-ə qədər dəyişiklik olub.