Bakının Nərimanov rayonunda taksi fəaliyyəti ilə məşğul olan narkotik aludəçisi saxlanılıb.
Senzor.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdiyi tədbirlərlə 1988-ci il təvəllüdlü Samid Abdullayev inzibati məsuliyyətə cəlb edilib və taksi sürücüsü kimi fəaliyyəti dayandırılıb.
Rayon məhkəməsinin qərarı ilə barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) maddəsinə müvafiq olaraq 20 sutka həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunub.