Türkiyədə onlayn təhsil aprel ayına qədər davam edəcək. Bundan sonra qərara yenidən baxılacaq
Bunu Türkiyə Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvar deyib. O bildirib ki, apreldə hibrid təhsil metoduna keçiləcək bilər. Belə ki, onlayn təhsillə yanaşı, əyani formada da dərslər keçiləcək bilər.
E.Özvar bildirib ki, zəlzələ bölgəsində təhsil alan tələbələrə tədrislərini yaxınlarının olduğu bölgələrdəki ali təhsil ocaqlarında davam etdirmələrinə də şərait yaradılacaq.
Bundan əlavə, təhsilin dondurulması prosesi də asalanşdırılıb. Yaz semestrində abituriyentlərin qeydiyyatının dondurulması və bu müddətin maksimum təhsil müddətindən çıxılmaması qərara alınıb.(AzVision.az)