Xəbər verdiyimiz kimi, Xırdalanda 1974-cü il təvəllüdlü Mehriban Hüseynzadə 1998-ci il təvəllüdlü oğlu Orxan Hüseynzadə tərəfindən xüsusi amansızlıqla qətlə yetirilib.
Baku TV bildirir ki, hadisə zamanı Orxan Hüseynzadənin atası işdə, bacısı isə Bakıda olub.
Oğulun anasını istədiyi qızı ona almadığı üçün öldürdüyü iddia olunur.
Məlumata görə, Mehriban Hüseynzadə Abşeron rayon Mehdiabad qəsəbəsində yerləşən məktəblərin birində müəllim işləyirmiş.
Daha ətraflı süjetdə:
**09:40
Fevralın 19-da saat 01 radələrində Abşeron rayonunda, Xırdalan şəhərindəki evlərin birində 1974- cü il təvəllüdlü Mehriban Hüseynzadənın xüsusi amansızlıqla öldürülməsi barədə polisə məlumat daxil olub.
Senzor.az DİN-in Mətbuat Xidmətinə istinadən bildirir ki, araşdırmalarla cinayət əməlinin qadının oğlu, 1998-ci il təvəllüdlü Orxan Hüseynzadə tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən olunub.
O.Hüseynzadə polis əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib.
Araşdırmalar davam etdirilir.