Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri tərəfindən Türkiyənin Hatay bölgəsində aparılan axtarış-xilasetmə əməliyyatları zamanı dağıntılar altından qızıl və zinət əşyaları tapılıb.
Senzor.az-ın məlumatına görə, bu barədə FHN-dən bildirilib.
Qeyd olunub ki, tapılan qızıl-zinət əşyaları yerli polisə təhvil verilib.
FHN-in xilasediciləri Türkiyənin iki bölgəsində axtarış-xilasetmə əməliyyatlarını davam etdirirlər.
Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub.
Dünən axşam açıqlanan son məlumata görə, Türkiyədə zəlzələdə həlak olanların sayı 41 min 20 nəfərə çatıb.