Azərbaycanlı jurnalist Nurlan Ağa (Salamov) koronavirusdan vəfat edib.
Senzor.az-ın məlumatına görə, o, Ərzurum Atatürk Universitetində doktorantura təhsili alırmış.
Türkiyədə koronavirusa yoluxan 25 yaşlı jurnalist İstanbulda müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, Nurlan Ağa Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb. O, “525-ci qəzet”, “aznews.az” və digər mətbuat orqanlarında çalışıb.