Gənclər və İdman Nazirliyinin idmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə çərçivəsində terapevtik istifadəyə icazə, intizam və apellyasiya qurumları yaratmaq və onların əsasnamələrini təsdiq etmək sahəsində hüququ ləğv edilib.
Bu, Prezident İlham Əliyevin fərman ilə Gənclər və İdman Nazirliyi haqqında Əsasnamədə edilən dəyişiklikdə əksini tapıb.
Dövlət başçısının digər fərmanı ilə “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının 2016-cı il 29 noyabr tarixli 447-VQ nömrəli Qanununun tətbiqi barədə” fərmana edilən dəyişikliklə bu sahədə səlahiyyətlər Səhiyyə Nazirliyinə verilib.