Azərbaycanda bağça müdirinə cinayət işi açıldı -
RƏSMİ

Azərbaycanda bağça müdiri barəsində cinayət işi başlanılıb.
 
Senzor.az bildirir ki, bu barədə Şirvan Şəhər Prokurorluğundan məlumat verilib.
 
Belə ki, Şirvan şəhər 3 nömrəli “Yasəmən” körpələr evi-uşaq bağçasında yol verilən qanunsuzluqlarla bağlı daxil olan müraciət əsasında şəhər prokurorluğunda araşdırma aparılıb.
 
Aparılan araşdırma ilə qeyd edilən körpələr evi-uşaq bağçasının müdiri Elmira Səfərovanın həmin vəzifədə işlədiyi müddətdə 16 min 177 manat məbləğində pul vəsaitini öz qulluq mövqeyindən sui-istifadə etməklə mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.
 
Faktla bağlı Şirvan Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) maddələri ilə cinayət işi başlanıb.
 
Hazırda iş üzrə istintaq davam edir.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.