Dayələrin bacarıq, səriştə və təcrübələri qiymətləndirilib - TKTA
FOTO

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) təşəbbüsü və “Bağçam” uşaq bağçaları şəbəkəsinin təşkilati dəstəyi ilə formal təhsilə çıxış imkanı olmayan vətəndaşların dayə peşə ixtisası üzrə qeyri-formal və informal yollarla əldə edilmiş bacarıq, səriştə və təcrübələrinin qiymətləndirilməsi həyata keçirilib.


Bu barədə Agentlikdən məlumat verilib.


Bildirilib ki, “Bağçam” uşaq bağçaları şəbəkəsi ilə Agentlik arasında imzalanan əməkdaşlıq müqaviləsinə əsasən ərizəçilərin bacarıq və səriştələrinin qiymətləndirilməsi məqsədilə keçirilən praktiki imtahan sözügedən şəbəkəyə daxil olan “İndigo” körpələr evi uşaq bağcasında təşkil edilib.

Yekunda TKTA-nın nümayəndəsinin sədrlik etdiyi komissiya tərəfindən aparılan qiymətləndirmə prosesində yüksək nəticə göstərmiş ərizəçilər dayə peşə ixtisası üzrə sertifikatla təltif olunacaqlar.


Qeyd edək ki, qiymətləndirmədə iştirak edən ərizəçilər uzun müddət dayə peşəsi üzrə fəaliyyət göstərən şəxslərdir. Belə ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən təqdim edilən sertifikat həmin şəxslərin əmək bazarına inteqrasiyasında, məşğulluq imkanlarının genişləndirilməsində, eləcə də ömürboyu təhsildə iştiraklarının stimullaşdırılmasında əhəmiyyətli rol oynayacaqdır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.