Yaponiya şirkəti turistləri hava şarları ilə kosmosa göndərəcək

Yaponiyada startapçı şirkət olduqca bahalı təcrübəni daha ucuzlaşdıracağına ümid edərək kosmosa kommersiya balonu ilə uçuş həyata keçirməyi planlaşdırır.


Startapçı şirkətin sədri Keisuke İşaya jurnalistlərə açıqlamasında bildirib ki, kosmosa uçmaq üçün sərnişinlərin milyarder olmasına, intensiv təlim keçməsinə və ya raketi uçurmaq üçün lazım olan dil biliklərinə malik olmalarına ehtiyac yoxdur.


"Bu, təhlükəsiz, əlverişli və insanlar üçün xeyirxah addımdır. Məqsədimiz kosmos turizmini hamı üçün əlçatan etməkdir", - İşaya deyib.


O, bu layihə üzərindən 2012-ci ildən çalışır və həmin vaxtdan bəri iki nəfərlik kabin və dünyanın əyrisinin açıq görsəndiyi 25 kilometr hündürlüyə qalxa bilən hava şarı hazırlayıb. Balon stratosfer təbəqəsinin ortasına qədər qalxacağı üçün sərnişinlər kosmosda olmayacaq. "Onlar reaktiv təyyarənin uçduğundan daha yüksəkdə olacaqlar və kosmosu heç bir maneə olmadan görə biləcəklər" - startapçı əlavə edib.

Şirkət rəhbəri bildirib ki, başlanğıcda bir uçuş 24 milyon yen (təxminən 30 min manat) civarında olacaq. Lakin sonradan onun qiymətini bir neçə milyon yenə endirməyi hədəfləyir.


Yapon kosmos startapları "SpaceX" kimi ABŞ şirkətlərindən geridə olsa da, İşaya kosmosu daha əlçatan etməyi hədəflədiyini söyləyib.


Raket və ya isti hava şarından fərqli olaraq, Iwaya "Giken" nəqliyyat vasitəsinin çoxlu miqdarda təkrar istifadə edilə bilən heliumla qaldırılacağını və uçuşların Yaponiya torpağı və ya hava məkanı üzərində təhlükəsiz şəkildə olacağını deyib. İlk səfərin bu ilin sonunda baş tutması planlaşdırılır.

Hava keçirməyən, pilot və sərnişin daşıya bilən iki nəfərlik kabin Hokkaydoda limanından havaya qalxacaq, iki saat ərzində stratosferin bir hissəsində 25 kilometr hündürlüyə qədər qalxacaq. Burada 1 saat qaldıqdan sonra Yerə enəcək.


Şirkətdən verilən məlumata görə, baraban formalı, diametri 1,5 metr olan plastik salonda sərnişinlərə yuxarıda kosmosu və ya aşağıda mavi Yer kürəsini görməyə imkan verən bir neçə böyük pəncərə var. Avqusta qədər müraciətlər qəbul ediləcək. İlk 5 nəfərin oktyabrda uçuşu həyata keçiriləcək. Hava şəraitindən asılı olaraq uçuşlar bir həftə fasilə ilə olacaq.(AzVision.az)






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.