Bakıda polis sərxoş sürücünü necə saxladı? -
VİDEO

Paytaxtda polislə sürücü arasında insident baş verib. 
 
Bununla bağlı görüntülər sosial şəbəkədə yayılıb. 
 
Videoda bir neçə polis əməkdaşının sürücünü zorla YPX avtomobilinə mindirməyə çalışması əks olunub. 
 
Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli oxu.az-ın sorğusuna cavab olaraq bildirib ki, 10-UL-419 dövlət qeydiyyat nişanlı “Opel” markalı avtomobilin sürücüsü Rüstəmov Elmin Şinası oğlu idarə etdiyi maşınla üç-dörd avtomobilə zərər vurub: “İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.2, 333.1.3 maddələri və 342.2 bəndi üzrə yol hərəkət qaydalarını kobud şəkildə pozub. İlkin məlumata görə, şəxs alkoqol və narkotik maddənin təsiri altında olub. Buna görə də ekspertizaya aparılmaqdan imtina edib və polisin əmrinə tabe olmayıb”.
 
A.Əsgərli qeyd edib ki, sözügedən şəxs polis tərəfindən təqib edilməyib: “Kameralara baxış zamanı müəyyən olunub ki, E.Rüstəmov 20 Yanvar dairəsinə gələnə kimi bir neçə dəfə qaydaları pozub və xidmətdə olan polis əməkdaşı onu saxlayıb. Heç bir zor tətbiq edilməyib. Sürücü barədə toplanan materiallar Yasamal Rayon Məhkəməsinə təqdim edilib”.








Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.