Mingəçevirdə keçmiş məhkumdan heroin və metamfetamin götürüldü
FOTO

Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəhər sakini, əvvəllər də analoji cinayət əməlinə görə məhkum olunmuş Hilal Əsgərov saxlanılıb.

 

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şəki regional qrupundan Senzor.az-a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan 120 qramdan artıq heroin və külli miqdarda metamfetamin aşkar edilərək götürülüb. 

 

H.Əsgərov ifadəsində həmin narkotik vasitəni 1500 manat qarşılığında “Instagram” sosial şəbəkəsində tanış olduğu iranlı narkotacirdən əldə etdiyini bildirib.

 

Belə ki, qaçaqmalçılıq yolu ilə ölkəyə göndərilən narkotiki götürmək üçün paytaxta gedən H.Əsgərov əvvəlcədən ona deyilən ərazidən bağlamanı götürərərək Mingəçevir şəhərinə qayıdıb. Burada isə polis əməkdaşları tərəfindən yaxalanaraq istintaqa təhvil verilib.

 

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxsin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir. 

 

Məhkəmənin də qərarı ilə H.Əsgərov barəsində həbs qətimkan tədbiri keçirilib.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.