Kiberhücumlar primitiv fişinqlə balayır və daha sonra mürəkkəb vektorla davam edir. Bu istiqamətdə ən mühüm məsələlərdən biri də maarifləndirmədir.
Məlumata görə, bunu Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin (ETX) rəis müavini Samir Rəsulov Mətbuat Şurasında Şuranın və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin birgə təşəbbüsü ilə "Kütləvi informasiya vasitələrinin kiber təhlükəsizlik problemləri" mövzusunda "dəyirmi masa"da deyib.
O qeyd edib ki, hər kəs fişinq hücumu ilə rastlaşa bilər. “Hər kəsə saxta mesaj göndərilir, saxta vebsayta yönləndirilir və onlar buna aldanaraq öz məlumatlarını təqdim edirlər. Nəticədə insanların sosial plaformalarda hesabları ələ keçirilir. Burada insanlar diqqətli olmalı, mesajın mənbəyinə, domeninə diqqət yetirməlidir”, - deyə o qeyd edib.