Şəkidə narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanıldı
FOTO

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb.

 

Senzor.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

 

Bildirilib ki, keçirilən əməliyyatlar zamanı Şəki şəhər sakinləri - əvvəllər də Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə bir neçə dəfə məhkum olunmuş Sadiq Sadıqov və Məmmədseyid Ağababayev saxlanılıblar.

 

Şəxsi axtarış zamanı M.Ağababayevdən 260 qram marixuana, S.Sadıqovdan isə heroin aşkar edilərək götürülüb.

 

Davam etdirilən tədbirlərlə S.Sadıqovun yaşadığı ünvana yaxın ərazidə narkotik vasitə gizlətdiyi də müəyyən olunub. Həmin yerə baxış keçirilərkən oradan 400 qrama yaxın qurudulmuş marixuana aşkarlanaraq maddi sübut kimi istintaqa təqdim olunub.

 

Faktlarla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslərin digər hüquqazidd əməllərdə iştiraklarının olub-olmaması araşdırılır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.