Tovuzda şəhidləri təhqir edən şəxs həbs olundu -
RƏSMİ
"Sosial şəbəkələrdə Tovuz rayonunda şəhidlərlə bağlı xoşagəlməz ifadələr işlədən Aqil İbrahimov barəsində 15 sutka inzibati həbs tənbeh tədbiri tətbiq olunub".
 
Senzor.az bildirir ki, bunu Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.
 
"Tovuz Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) maddəsi ilə cinayət işi üzrə aparılan prosessual tədbirlər çərçivəsində rayon sakinləri – 2001-ci il təvəllüdlü Taleh Hüseynov, əvvəllər məhkum olunan 1993-cü il təvəllüdlü Sürət Məmmədov, əvvəllər məhkum olunan 1992-ci il təvəllüdlü Tural Əhmədov, 2000-ci il təvəllüdlü Elşad Rzayev, 1994-cü il təvəllüdlü Maqsud Bayramov, 2003-cü il təvəllüdlü Əli Hüseynzadə və əvvəllər məhkum olunan 1967-ci il təvəllüdlü Telman Nağıyev xuliqanlıq zəminində həmyerliləri, 1983-cü il təvəllüdlü Aqil İbrahimovu döyməkdə təqsirləndirilərək istintaqa cəlb ediliblər. Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir", - DİN rəsmisi vurğulayıb.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.