Rusiyanın Yekaterinburq şəhərində ABŞ-ın məşhur “Wall Street Journal” dərgisinin müxbiri Evan Gerşkoviç casusluqda şübhəli bilinərək saxlanılıb.
Bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, E.Gerşkoviç Rusiyada yerli fəalların “Vaqner” Xüsusi Hərbi Şirkətinin fəaliyyətinə münasibətinə dair material hazırlayırmış.
Onu Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşlarının Yekaterinburqda restorandan çıxarkən şübhəli şəxs qismində saxladıqları vurğulanır.
Hazırda E.Gerşkoviçin FTX əməkdaşlarının nəzarəti altında olduğu qeyd edilib.(“Report”)