İsveç hökməti Ankaranın terrorda ittiham etdiyi şəxsi Türkiyəyə təhvil verməkdən imtina edib.
Bu barədə xarici KİV xəbər verir.
Təxminən 50 yaşı olan şəxsin İsveç vətəndaşlığının olduğu qeyd edilir. Türkiyədə aparılan istintaq onun silahlı terror təşkilatının üzvü olduğunu bildirir. Ekstradisiya sorğusu 2022-ci ilin noyabrında təqdim edilib.
Qeyd edək ki, rəsmi Ankara dəfələrlə Stokholmu ərazisində yerləşən terrorçuları təhvil verməyə çağırıb.(AzVision.az)