Ukraynalı velosipedçi Konstantin Deneka Baxmut (Artemovsk) şəhəri yaxınlığında gedən ağır döyüşlər zamanı ölüb. O, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (QUR MOU) xüsusi bölməsində xidmət edirmiş.
Bu barədə Ali Radanın Gənclər və İdman Komitəsi sosial şəbəkələrdə məlumat yayıb.
Bildirilir ki, idmançı martın 31-də cəbhədə aldığı qəlpə yarasından dünyasını dəyişib.
Denekanın 40 yaşı olub.
Qeyd edək ki, Baxmut uğrunda gedən ağır döyüşlər uzun müddətdir ki, davam edir. Aprelin 10-na olan məlumata görə, şəhər ərazisinin təxminən 75%-i Rusiya qüvvələrinin nəzarəti altındadır.(AzVision.az)